Bakıda 22 yaşlı gənc özünü dənizə atıb

Xəbər - Samir Əli Trend:

Bakıda 22 yaşlı gənc intihara cəhd edib.

AzerTimes-ın məlumatına görə, hadisə Dənizkənarı Milli Parkın ərazisində olub. 1999-cu il təvəllüdlü Alıyev Vaqif Şəhriyar oğlu bu gün saat 11 radələrində bulvarda özünü dənizə atıb.

Dərhal hadisə yerinə xilasedicilər cəlb olunub. V. Alıyev xilas edilərək Kliniki Tibbi Mərkəzə yerldirilib.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu AzerTimes-a açıqlamasında bildirib ki, hazırda V.Alıyevin vəziyyəti kafidir, müalicəsi davam etdirilir.

“Hazırda vəziyyəti kafidir, boğulma əlamətləri yoxdur, soyuq suda qaldığından bədəndə hipotermiya müşahidə olunur. Bütün ilkin tibbi yardım göstərilib”, – deyə E.Hidayətoğlu bildirib.

Teqlər: