Bakıda 200 şəxs üçün kiçik bizneslər yaradılıb (FOTO)

Xəbər - Humay Ağacanova – Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində Bakıda daha 200 şəxsə aktivlər təqdim edildi.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, verilmiş avadanlıqlar hesabına onlar üçün istehsal-xidmət sahəsi üzrə kiçik bizneslər yaradılıb. Aktivlərlə təmin olunan şəxslərin mühüm hissəsini şəhid ailəsi üzvəri, müharibə iştirakçıları təşkil edir.

Paytaxtla yanaşı, bölgələrdə də özünüməşğulluq proqramı əsasında aktivlərlə təminat prosesi davam edir.

Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri uğurla başa vuran şəxslər seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.

Ümumilikdə bu il üzrə 16 min şəxsin proqrama cəlb olunması nəzərdə tutulub.

Teqlər: