Bakıda 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək

Xəbər - İlhamə İsabalayeva -Trend:

Kütləvi vaksinasiya məktəblərin əyani tədrisə keçidini daha da sürətləndirəcək.

AzerTimes-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O bildirib ki, 50 yaşdan yuxarı olan təxminən 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək. Bunun üçün Bakıda 5 məktəb mərkəz kimi təşkil edilib.


M.Vəliyeva qeyd edib ki, vaksinasiya bizim normal həyata keçməyimizi təmin edəcək.

Teqlər: