Bakıda 2 nəfərin meyiti tapıldı

Xəbər - Samir Əli – Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil
olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən
ötən sutka ərzində 27 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə
qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, görülmüş təcili və
təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ
söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.


Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü
azyaşlı olmaqla 4 nəfər xilas edilib. Həmçinin, yanğın yerinin
kəşfiyyatı zamanı 1948-ci il təvəllüdlü Hüseynov Tofiq Müseyib
oğlunun və Bakı şəhərinin Nizami rayonunda bağlı qapı arxasında
1938-ci il təvəllüdlü Barisova Raisa Petrovnanın meyitləri aşkar
edilərək aidiyyəti üzrə təhvil verilib.

Teqlər: