Bakıda 2 marşrut xəttinin hərəkət sxemi dəyişdi

Bakıda 2 marşrut xəttinin hərəkət sxemi dəyişdi

Bakı şəhərində 53 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilib.

AzerTimes xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, sərnişinlərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, avtobuslar başlanğıc dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metrostansiyası, son dayanacaq məntəqəsi isə Əhəd Yaqubov küçəsi (Bayıl) olmaqla Badamdar şosesi ilə hərəkət edəcək.

Bundan başqa, 4 nömrəli müntəzəm marşrutunun istismarı isə “Bakı Bus” MMC-yə həvalə edilib. Həmçinin bu marşrutun da hərəkət istiqaməti dəyişdirilərək “Bakı Ağ Şəhər” yaşayış sahəsinə yönləndirilib.

Teqlər: