Bakıda 193 tarix-memarlıq abidəsi təmir edilir

Bakıda 193 tarix-memarlıq abidəsi təmir edilir

Bakı şəhərində yerləşən 193 tarix-memarlıq abidəsi olan binada COP29 tədbiri ilə əlaqədar aparılan təmir-bərpa işləri çərçivəsində abidələrin tarixi dəyərinin, orijinallığının, dayanıqlığının və bədii-estetik görkəminin qorunub saxlanılması məqsədilə daimi nəzarət təşkil edilib.

AzerTimes xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli deyib.

O qeyd edib ki, təmir-bərpa işləri podratçı şirkətlərlə əməkdaşlıq çərçivəsində, mütəxəssislərin nəzarəti altında həyata keçirilir.

“Eyni zamanda, abidələrin bədii-estetik görkəminə xələl gətirən reklam və məişət qurğuları, kommunikasiya xətləri binaların fasadlardan təmizlənib.

Hazırda bu istiqamətdə görülən işlər davam etdirilir. Təmir-bərpa və abadlıq işlərinin tarixi abidələrin memarlıq üslubuna, bədii-estetik görkəminə xələl yetirilmədən aparılmasına ciddi nəzarət olunur”, – deyə mətbuat katibi vurğulayıb.

Teqlər: