Bakıda 19 yaşlı gənc adam öldürdü

Bakıda 19 yaşlı gənc adam öldürdü

Avqustun 31-i saat 04 radələrində Nərimanov rayonu, Qarabağ küçəsində 1989-cu il təvəllüdlü Ceyhun Sədyarovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə AzerTimes-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 2003-cü il təvəllüdlü Ömər Cəfərlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Ceyhun Sədyarovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ömər Cəfərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam etdirilir.

Teqlər: