Bakıda 19 yaşlı gənc oğlan belindən bıçaqlandı

Bakıda 19 yaşlı gənc oğlan belindən bıçaqlandı

Paytaxtda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 44 saylı tam orta məktəbin yaxınlığıında 2001-ci il təvəllüdlü İbrahimov Toğrul Firudin oğlu mübahisə zəminində kürəyindən bıçaqlanıb.

O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı T.İbrahimovun kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb və o, əməliyyat edilib.

Faktla bağlı araşdırma aparılır.