18 il əvvəl – 2004-cü il aprelin 26-da 1947-ci il təvəllüdlü
Rəhilə Cəlilovanın və nəvəsi 1989-cu il təvəllüdlü Aygün Əzizovanın
üzərlərində çoxsaylı bıçaq xəsarətləri olan meyitlərinin paytaxtın
Yasamal rayonu ərazisində yaşadıqları mənzildə aşkar edilməsi faktı
ilə əlaqədar Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi (120.2.7. iki
və ya daha çox şəxsi öldürmə) ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat
xidmətlərindən AzerTimes-a verilən
birgə məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri
və istintaq hərəkətləri nəticəsində Bakı şəhər sakini, Cinayət
Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, hazırda Ədliyyə
Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə
Mərkəzində müalicə alan Anar Ağalarovun həmin cinayəti törətməsinə
əsaslı şübhələr yaranıb.
İlkin dindirmə zamanı A.Ağalarov hadisəni xalası oğlu mərhum
Teymur Məmmədovla birlikdə törətdiyini etiraf edib.
Hazırda cinayət işi üzrə zəruri əməliyyat-istintaq tədbirləri
davam etdirilir.