Bakıda 178 məktəbdə STEAM layihəsi tətbiq edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 178 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilir.

İdarədən AzerTimes-a verilən məlumata görə, layihə çərçivəsində paytaxt məktəblərində fəaliyyət göstərən 658 müəllim STEAM təlimlərindən keçərək sertifikat əldə edib.

Layihəyə qoşulan məktəblər arasında “Online Hackathon 2021”, “Online VEX Robotics” və “Makerthon 2021” yarışları keçirilib.

Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi müasir çağırışlar əsasında inkişaf etmiş ölkələrdə həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.


Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq “STEAM Azərbaycan” layihəsinə start verib.

Layihənin keçirilməsində əsas məqsəd respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını-kreativlik, əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir. STEAM metodologiyalarının əsasında duran layihə əsaslı öyrənmə (PBL), təhsilalanların müasir cəmiyyətin problemlərini araşdıraraq müxtəlif həll yollarını müəyyənləşdirmək xüsusiyyətini artırır.

Teqlər: