Xəbər - Samir Əli – Trend:
Avqustun 16-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 17 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, monitorinq 13 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 33 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Twitter: @GuleliyevSamir