Bakıda 16 yaşlı qız çoxmərtəbəli binanın eyvanından yıxılıb.
Bu barədə AzerTimes-a Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin
rəhbəri Elnur Hodayətoğlu deyib. O bildirib ki, gənc qız təcili
tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
2006-cı il təvəllüdlü yeniyetmə reanimasiyaya yerləşdirilib:
“Hazırda intubasiya vasitəsilə nəfəs alır. Vəziyyəti ağırdır.
Diaqnozu açıq kəllə-beyin travmasıdır”.