Oktyabrın 2-də saat 14 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 2008-ci il təvəllüdlü Həsən Quliyevin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə AzerTimes-a DİN-in Mətbuat Xidmətindən bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən onun həmyaşıdı Yasin Mirzəyev saxlanılıb.
Araşdırma aparılır.