Bakıda 15 yaşlı qız körpəni evdə dünyaya gətirib, sonra xəstəxanaya aparılıb

Xəbər - Samir Əli – Trend:

Prokurorluq Bakıda 15 yaşlı qızın övlad dünyaya gətirməsi ilə bağlı məlumat yayıb.

Xəzər rayon prokurorluğundan AzerTimes-a verilən məlumatda bildirilir ki, fevralın 4-də, saat 18 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi sakini 06 may 2006-cı il təvəllüdlü Nigar Rüstəmova (ad və soyad şərtidir) və bətnindəki dölün ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilmişdir ki, mərhum 10 ay əvvəl 1993-cü il təvəllüdlü Elvin Məmmədov (ad və soyad şərtidir) ilə ailə həyatı qurmuş, fevralın 4-də, saat 14 radələrində yaşadığı ünvanda ev şəraitində ölü döl doğduqdan sonra halının pisləşərək komatoz vəziyyətə düşməsi səbəbindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilmiş və saat 18 radələrində xəstəxananın reanimasiya şöbəsində ölüb.


Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, Nigar Rüstəmovanın (ad və soyad şərtidir) və dölün meyitlərə baxış keçirilmiş, meyitlərin bədən səthi üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməmişdir.

Hazırda faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər: