Bakıda 15 yaşlı oğlan anasını öldürdü

Bakıda 15 yaşlı oğlan anasını öldürdü

Bakının Xətai rayonunda 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın kəsilmiş-deşilmiş yaralarla meyitinin tapılması barədə polisə məlumat daxil olub.

AzerTimes xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin 15 yaşlı oğlu saxlanılıb.

Faktla bağlı müvafiq istintaq hərəkətləri aparılır.

Teqlər: