Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə yaradılmış müvafiq Komissiya fəaliyyətə başlayıb.
AzerTimes xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
O bildirib ki, Bakı şəhərində qəzalı vəziyyətdə olan 1100 bina var:
“Ardıcıllıqla bu binalar sökülür. Vətəndaşlara yeni evlər təklif olunur. Hər halda bu proses göz qabağındadır. Bir anda 1100 evi söküb onun əvəzində yeni bina tikmək mümkün deyil. Proses çərçivəsində bu məsələlər öz həllini tapacaq və tapır. Bakı şəhərinin yeni Baş Planı təsdiq edilib. Aparılan söküntü işləri də bu Baş Planla əlaqədardır. Hardasa yeni binaların tikilməsi, haradasa park nəzərdə tutulub. Baş Plan əsas strategiyadır. Baş Plan daim inkişafdadır, əsas kimi qəbul edilib. Baş Plan əsasında bu gün yeni parklar salınır, söküntülər aparılır. Bu dəfə Bakının Baş Planı çoxmərkəzlilik prinsipi əsasında yaradılıb və bu gün biz bunu icra edirik”.