Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 240 m² olan ikimərtəbəli 10 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 120 m² sahədə yanıb.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.