Xəbər - İlhamə İsabalayeva – Trend:
Bakıda 1 106 şagirdin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzerTimes-a verilən məlumata görə, ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 182 018 şagirddən 1106 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.
Qeyd edək ki, mövcud təlimatlara uyğun olaraq, övladının əyani formada təhsil almasını istəməyən valideyn bununla bağlı məktəb rəhbərliyinə yazılı müraciət edə və bu təhsil formasından imtina edə bilər.