Bakı şəhərinin Baş Planı çərçivəsində velosiped nəqliyyatının inkişafı və müvafiq infrastrukturun yaradılması planlaşdırılır.
İnfrastruktura inkişafı planı 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edən Bakı şəhərinin Baş Planında qeyd edilib.
Plana əsasən, 2040-cı ilədək velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğunun təxminən 250 km təşkil edəcəyi nəzərdə tutulur.
Bununla yanaşı, ictimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili planlaşdırılır. 2040-cı ilədək xüsusi hərəkət zolaqlarının ümumi uzunluğunun hazırki 16 zolaq/km-dən 198,4 zolaq/km-ə qədər genişləndirilməsi nəzərdə tutulur.