Bakı yenidən özünün olanı geri qaytarır – Solonnikov

Bakı yenidən özünün olanı geri qaytarır – Solonnikov

Bakı və İrəvan vasitəçilər olmadan kifayət qədər uğurla birbaşa danışıqlar apara bilər.

AzerTimes xəbər verir ki, bunu Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını şərh edərkən deyib.

“Delimitasiyanın başlanması prosesi bu mövzunun neçə ildir həyata keçirilə bilməməsi fonunda Ermənistan-Azərbaycan sülh prosesində çox mühüm irəliləyişdir. Şübhəsiz ki, Azərbaycan burada yenidən güclü mövqedən çıxış edir və yenidən özünün olanı geri qaytarır. Lakin İrəvanın sülh prosesində irəliləməyə hazır olması Ermənistana yalnız uzunmüddətli perspektivdə fayda gətirməlidir. Ola bilsin ki, nəhayət sülh müqaviləsi imzalansın. Sülh prosesi böyük çətinliklər və bəzən İrəvanın ziddiyyətli bəyanatları, Qərbin Ermənistanın tərəfini tutmaq cəhdləri ilə müşayiət olunur. Lakin sülh prosesi yolunda müsbət irəliləyiş faktı hələ də konstruktivliyin baş verə biləcəyinə dair müəyyən ümidlər yaradır. Kəndlərin Azərbaycana qaytarılması ilə bağlı gördüyümüz etirazlara gəlincə, Bakı-İrəvan münasibətlərinin tənzimlənməsi prosesində ilk dəfə deyil ki, belə bir halı müşahidə edirik. Ona görə də ilk növbədə bu kəndlərin kimə məxsus olmasına arxalanmalıyıq. Və təxribatlara əhəmiyyət verməməliyik”, – o bildirib.

Teqlər: