Bakı Yelizavetpol xəritəsini təklif etsə… – İoannisyan

Bakı Yelizavetpol xəritəsini təklif etsə… – İoannisyan

Bizdən güclü olan Azərbaycanın 1991-ci il xəritələri əsasında demarkasiyanın aparılmasına razılıq verməsi Ermənistan üçün çox yaxşıdır.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni ekspert Daniel İoannisyan deyib.

O bildirib ki, Ermənistan üçün ən yaxşı ssenari 1991-ci il xəritələridir:

“Müxalifət Azərbaycan-Ermənistan sərhədinin demarkasiya prosesinin 1993-cü ildəki təmas xətti boyunca aparılmasını təklif edir. Azərbaycan da təklif edə bilər ki, proses 1918-ci il Yelizavetpol (Gəncə – red.) quberniyasının xəritəsi əsasında aparılsın. O isə bizə sərf etmir, çünki həmin xəritələrə əsasən Zəngəzur (Sünik – red.) və Tavuşun böyük hissəsi Ermənistanın nəzarətində deyil. Sözügedən xəritələr irəli sürüləcəyi halda kimin haqlı olduğu, prosesinin hansı sənədlə aparılması məsələləri mübahisəyə səbəb olacaq. Bütün bu mübahisələr isə müharibə ilə nəticələnəcək. Beləliklə biz əlimizdə olanların çox hissəsini itirəcəyik. “Xilaskar” hesab etdiyimiz üçüncü tərəfdən asılılığımız artacaq”.

Teqlər: