Bakı “yaşıl” enerjinin etibarlı mənbəyi olacaq – Nazir

Bakı “yaşıl” enerjinin etibarlı mənbəyi olacaq – Nazir

Azərbaycan öz tərəfdaşları üçün həm də “yaşıl” enerjinin etibarlı mənbəyi olacaq.

AzerTimes xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov 2-ci Azərbaycan-Türkiyə forumunda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu məqsədlə ölkədə yeni ixrac marşrutlarının, “yaşıl” enerji dəhlizinin yaradılması, eləcə də Xəzər dənizinin 157 giqavatlıq külək enerjisi potensialının istifadəsi üzrə irimiqyaslı işlər aparılır.

P.Şahbazov qeyd edib ki, Azərbaycan hazırda quruda və dənizdə 4 vattlıq layihənin icrası ilə bağlı “Masdar” şirkəti ilə əməkdaşlıq edir, bu göstəricini 10 giqavattadək artırmaq planlaşdırılır.

“Bütün bunlar enerji balansımızda “yaşıl” enerjinin payının artmasını və ixrac imkanlarının genişlənməsini ifadə edir. Biz həm də Türkiyəni elektrik enerjisi tranziti sahəsində vacib tərəfdaş kimi qəbul edirik. Azərbaycan Zəngəzur dəhlizi ilə Türkiyəyə və daha sonra Avropaya elektrik enerjisi tədarük edə bilər”, – deyə o bildirib.

Teqlər: