Xəbər - Ceyhun Ələkbərov – Trend:
Mayın 16-sı Bakı-Xırdalan-Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa edilir.
Bu barədə AzerTimes-a Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər. Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə yanaşı xəttin kontakt şəbəkəsi Baş Keşlə stansiyasında əsaslı təmir olunub.
Aparılan yenidənqurma işləri sərnişin qatarlarının daha təhlükəsiz hərəkətinə imkan yaradacaq.