Bakı və Tehranın münasibətlərinin gələcəyi İranın xarici işlər nazirinin təxribatçı açıqlamaları fonunda təhdid altındadır – “Azernews” qəzeti

Oktyabrın 12-də Azernews qəzetində dərc olunan məqalədə son dövrlərdə İranla Azərbaycan arasında münasibətlərin kəskinləşməsi fonunda baş verən hadisələr barədə müxtəlif ekspert və KİV-lərin rəyləri yer alıb.

Trend-in məlumatına görə, ekspertlər vurğulayır ki, İrana güclü və müstəqil Azərbaycan sərf etmir.

Ekspertlərin sözlərinə görə, müharibə göstərdi ki, Azərbaycan həm iqtisadi, həm də hərbi baxımdan effektiv inkişaf edir və bu da İranı narahat edir.

Analitiklər qeyd edir ki, Bakı və Tehranın münasibətlərinin gələcəyi İranın xarici işlər nazirinin və bir sıra din xadimlərinin təxribatçı açıqlamaları fonunda təhdid altındadır.

Bununla yanaşı, məqalədə qeyd olunur ki, Azərbaycanın ərazilərini azad etməsi və Bakının Azərbaycan-İran sərhədi üzərində nəzarəti bərpa etməsi də Tehranı narahat edir, belə ki, işğal zamanı bu zona İrana böyük gəlirlər gətirən narkotik qaçaqmalçılığı üçün istifadə olunurdu.

Ekspertlər, həmçinin qeyd edir ki, İranın Azərbaycan sərhədində keçirdiyi hərbi təlimlər təxribatçı xarakter daşıyır.

Məqalədə qeyd olunur ki, Bakının razılığı olmadan İranın Azərbaycanın Xankəndi şəhərinə qanunsuz yük daşımaları, Tehranın Ermənistanı “dost və qardaş ölkə” kimi qələmə verməsi, Azərbaycan sərhədi boyunca hərbi təlimlərin keçirilməsi, Naxçıvana yük daşıyan təyyarələr üçün hava məkanının bağlanması bu addımların səbəbləri barədə düşünməyə vadar edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: