Bakı və Sumqayıt idmaçıları arasında üzgüçülük üzrə birincilik keçirilib (FOTO)

Bakı Su İdmanı Sarayında Bakı və Sumqayıt idmaçıları arasında
üzgüçülük idman növü üzrə birincilik keçirilib.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən
AzerTimes-a verilən məlumata görə,
birincilikdə 2008-2012-ci il təvəllüdlü idmançılar öz güclərini
sınayıblar. 150-ə yaxın üzgüçünün qatıldığı birincilikdə 400 metr
kompleks üzmədən başqa bütün olimpiya məsafələrində yarışlar
keçirilib. İdmançılar arasında yüksək nəticələr göstərən üzgüçülər
milli komandaya namizədlər siyahısına salınıb.

Üzgüçülük üzrə Milli komandanın baş məşqçısı Rəşad
Əbdürrəhmanovun sözlərinə görə yarışlar çox yüksək səviyyədə təşkil
olunub. Bu yarışlarda məşqçilər korpusu ən perspektivli idmançıları
nəzərdən keçiriblər:

“Bu kimi yarışların təşkili çox vacibdir. Belə birinciliklərdə
xüsusi qabiliyyəti və bacarığı olan idmanşıların aşkar edilməsi və
gələcəkdə onların milli komandanın tərkibinə salınması üçün planlı
işlərin aparılmasına şərait var. Hesab edirəm ki, bu yarışlarda
xeyli sayda öz nəticələri ilə məşqçilər korpusunun diqqətini çəkən
üzgüçülər oldu. Gələcəkdə həmin idmançılarla işlərimizi davam
etdirməyi nəzərdə tuturuq” deyə R.Əbdürrəhmanov əlavə edib.

Qeyd edək ki, Azərbaycan Üzgüçülük Federasiyasının və Bakı Su
İdmanı Sarayının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə
qaliblər diplomlar və medallarla təltif olunublar.

Teqlər: