Bakı və Moskva Qarabağda buna imkan verməyəcək

Bakı və Moskva Qarabağda buna imkan verməyəcək

Rəsmi İrəvanın və Qarabağda “hakimiyyət”də olan ekstremist təfəkkürlü şəxslərin dağıdıcı siyasəti ucbatından region həqiqətən də zəruri mallarla təminatda müəyyən çətinliklər yaşayır. İrəvanın və Parisin təbliğatının əksinə olaraq, söhbət humanitar fəlakətdən (bu, onların təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclasında uğursuz çıxışla təsdiqləndi) yox, Paşinyan və Makron siyasətinin girovuna çevrilmək məcburiyyətində qalanlara yardımdan gedir.

Bu sözləri AzerTimes-a açıqlamasında bunu rusiyalı politoloq Vitali Arkov deyib.

“Birincisi, Bakı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vasitəsilə bölgəyə humanitar yardım göndərməklə, Qarabağı ərazisində yaşayan erməni azlığına yardım etmək qərarı verdi. Lakin İrəvanın göstərişi ilə ekstremistlər Ağdam-Xankəndi yolunda karvanın önünü kəsdilər və bununla da Qarabağın dinc əhalisini lazımi dəstəkdən məhrum etdilər. Ötən gün isə Rusiya Qızıl Xaç Cəmiyyəti Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə, Bakı və Moskvanın dəstəyi, eləcə də Rusiya sülhməramlılarının müşayiəti ilə Qarabağ ərazisinə ümumi həcmi 15 ton olan humanitar yardım çatdırıb. Yardıma şəxsi gigiyena vasitələri, qidalara, yataq dəstləri daxil idi. Diqqətinizə çatdıraq ki, Rusiya Qızıl Xaç Cəmiyyəti humanitar yükü Ağdam-Xankəndi yolu ilə aparıb. Erməni ekstremistlərin Qarabağa Ağdamdan heç kimin və heç nəyin keçməyəcəyi barədə əvvəlki bütün gurultulu bəyanatlarına baxmayaraq, yardım Qarabağda qəbul edilib. Rusiya Qızıl Xaç Cəmiyyətinin humanitar yüklərinin qəbulu Qarabağın Bakının hələ də nəzarətində olmayan hissəsinin əhalisinin düzgün qərarı idi, çünki bu yol siyasi oyun deyil, gözlənilməz iqlimi və geologiyası ilə dağlıq ərazi üçün həyati vacib ikinci nəqliyyat arteriyasıdır. Qarabağın əsl dinc sakinləri faktiki olaraq onları girov saxlayan erməni radikallarından fərqli olaraq bu yolun əhəmiyyətini anlayır və bildirirlər ki, Laçın yolu ilə paralel tam şəkildə işləməlidir”, – o bildirib.

Arkov qeyd edib ki, hazırda paradoksal vəziyyət ortaya çıxır:

“İrəvan bütün dünyaya qışqırır ki, guya Bakı Qarabağın erməni sakinlərinin etnosidini həyata keçirib, Moskva isə sülhməramlı funksiyaları yerinə yetirib onları müdafiə etmir. Reallıqda isə bunun əksidir: Moskva və Bakı Qarabağ sakinlərinə qayğı göstərir və yaranmış çətinliklərin həlli üçün bütün səylərini ortaya qoyur.

İrəvan isə erməni siyasətçilərin şəxsi ambisiyaları və fransız ağalarının eqoist maraqlarını təmin etmək üçün bu çətinlikləri yaratmaqda davam edir. Qətiyyən istisna etmək olmaz ki, İrəvanın bu siyasətilə Qarabağda sakinlər aclıqdan ölə və ya oarada hannibalizm faktlarına rast gəlinə bilər. Əminəm ki, Rusiya və Azərbaycan Qarabağda vəziyyətin bu ssenari üzrə inkişafına imkan verməyəcək”.

Teqlər: