Bakı və İrəvanla strateji münasibətləri saxlamaq niyyətindəyik

Bakı və İrəvanla strateji münasibətləri saxlamaq niyyətindəyik

Tiflis Ermənistanla Azərbaycan arasında danışıqlar platformasına çevrilməkdə maraqlıdır.

AzerTimes xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri vəzifəsinə namizəd İlya Darçiaşvili deyib.

“İstəyirik ki, Tiflis gələcəkdə qonşularımız arasında etimadın yaranmasına dəstək üçün istənilən aktual mövzuları müzakirə olunduğu platformaya çevrilsin. Buna nail olmaq üçün hökumət Türkiyə ilə, həmçinin Azərbaycan və Ermənistanla ikitərəfli strateji münasibətlərin hazırkı yüksək dinamikasını saxlamaq və gücləndirmək niyyətindədir”, – Darçiaşvili qeyd edib.

Teqlər: