Bakı və İrəvanla işimizə AB müdaxilə edir – Qonçar

Bakı və İrəvanla işimizə AB müdaxilə edir – Qonçar

Avropa Birliyi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq məqsədi güdür. Onlar Moskvanın Bakı və İrəvanla üçtərəfli işinə müdaxilə etməyə çalışır.

AzerTimes xəbər verir ki, bunu Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

“AB-nin Bakı və İrəvanla üçtərəfli işimizə müdaxilə etmək cəhdlərinə dair bütün fundamental qiymətlər artıq Rusiya XİN tərəfindən verilib. Maraqlıdır ki, Brüsselin Cənubi Qafqazda aktivləşməsi Qərbin Rusiyaya qarşı başlatdığı sanksiya kampaniyası və ATƏT-in Minsk Qrupu vasitəsilə birgə işini dayandırması fonunda baş verib”, – o bildirib.

O qeyd edib ki, AB əsas məqsədinin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq olduğunu belə gizlətmir.

Teqlər: