Gürcüstan qeyd-şərtsiz Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir.
AzerTimes xəbər verir ki, bunu İrəvanda səfərdə olan Gürcüstan Baş naziri İrakli Kobaxidze Ermənistan Baş naziri Nikol Paşinyanla keçirdiyi brifinqdə deyib.
Gürcüstan baş naziri rəsmi Tiflisin Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasına kömək etməyə hazır olduğunu bildirib:
“Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyə kömək edir və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir. Gürcüstan öz növbəsində regionda sülhün və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə hazırdır”.