Bakı və İrəvan yekun razılığa gəlməlidir – ABŞ

Bakı və İrəvan yekun razılığa gəlməlidir – ABŞ

ABŞ Azərbaycan və Ermənistan arasında vəziyyətin nizamlanması istiqamətində fəaliyyətini davam etdirir.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı deyib.

“Dünən dediyim kimi, dövlət katibi şəxsən bununla məşğuldur və keçən həftə bir neçə müzakirələr aparıb”, – deyə o bildirib.

Miller qeyd edib ki, uzunmüddətli perspektivdə iki ölkə yekun razılığa gəlməlidir.

O, bu gün Rusiyadan gələn ərzaq yüklərinin keçdiyi Ağdam-Xankəndi yolunun da açıldığını vurğulayıb.

Teqlər: