Bakı və İrəvan sülh imzalayacaq? – Zaxarova imtina etdi

Bakı və İrəvan sülh imzalayacaq? – Zaxarova imtina etdi

Rusiya XİN rəsmisi Mariya Zaxarova ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan arasında yaxın vaxtlarda sülh sazişinin imzalana biləcəyi barədə fikirlərinə şərh verməkdən imtina edib.

AzerTimes xəbər verir ki, M.Zaxarova bugünkü mətbuat konfransında bu barədə sualı cavablandırmayıb.

“Gəlin, bütün hallarda baş verən hadisələri şərh edək, perspektivlə bağlı şərhlər isə həddən artıq çoxdur. Biz ondan çıxış edirik ki, əvvəlcə bu baş verməlidir, daha sonra onu şərh etmək olar və vacibdir. Biz həmişə şərh etməyə açığıq, ancaq hazırda şərh ediləsi heç nə yoxdur”, – Zaxarova deyib.

Teqlər: