Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan Baş naziri Aparatının birgə bəyanatı, iki ölkənin əsirləri dəyişdirməsi də daxil olmaqla, Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanması, eləcə də sərhədlərin demarkasiyası və delimitasiyası istiqamətində atılan addımdır.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Vadim Muxanov deyib.
“Bütün bunlar Ermənistan və Azərbaycan liderlərinin bu yaxınlarda verdiyi bəyanatlara uyğundur. Xüsusilə, Ermənistanın Baş naziri bildirib ki, onlar indi Azərbaycanla sülh sazişi imzalamağa qeyri-adi dərəcədə yaxındırlar. Digər tərəfdən, Azərbaycan dəfələrlə Ermənistanla hərtərəfli sülh sazişi imzalamaq istədiyini bildirib. Aydındır ki, bu, məhz bu sənədə doğru bir addımdır”, – o bildirib.