Bakı və İrəvan prosesi yaxşı aparır – Senator

Bakı və İrəvan prosesi yaxşı aparır – Senator

İrəvan və Bakı bir il və ya daha tez sülh sazişi barədə razılığa gələ bilər. Proses yaxşı gedir.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin üzvü Sergey Tsekov bildirib.

Senatorun sözlərinə görə, Ermənistan və Azərbaycan liderləri sülh müqaviləsi üzrə danışıqları səmimiyyətlə istəyirlər və Rusiyanın vasitəçi rolu ən həlledici rollardan biridir.

“Bəzi daxili nüanslar əlavə müzakirə tələb edir. Lazımi kompromislər Rusiyanın vasitəçiliyi ilə əldə edilir”, – rusiyalı senator vurğulayıb.

Teqlər: