Bakı və İrəvan iyunun 1-də saziş imzalaya bilər

Bakı və İrəvan iyunun 1-də saziş imzalaya bilər

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin sammiti zamanı sülh sazişi imzalaya bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya istinadla məlumat yayıb.

“Ümid edirik ki, iyunun 1-də Kişinyovda nəhayət sülh müqaviləsi imzalanacaq. Bu, qaçırılmaması lazım olan tarixi məqamdır”, – Abdullayeva bildirib.

Agentliyin diplomatik mənbələrə istinadla yaydığı məlumata görə, sammitdə İlham Əliyev və Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə görüşəcəklər.

Teqlər: