Bakı və İrəvan dialoqunu dəstəkləyirik – Osmani

Bakı və İrəvan dialoqunu dəstəkləyirik – Osmani

ATƏT sədrliyi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına yönəlmiş dialoqu dəstəkləyib.

AzerTimes xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri və Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Skopyedə keçirilən iclasda deyib.

“Sədrlik Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin əldə edilməsinə yönəlmiş siyasi prosesin davam etdirilməsini dəstəkləyir”, – o bildirib.

Osmani əlavə edib ki, ATƏT konstruktiv dialoq üçün platforma təklif edir.

Teqlər: