Bakı və İrəvan danışıqlarını dəstəkləyirik – Metsola

Bakı və İrəvan danışıqlarını dəstəkləyirik – Metsola

Biz Ermənistan və Azərbaycan arasında suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında münasibətlərin normallaşdırılması üçün bütün səylərə sadiq qalırıq.

AzerTimes xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Roberta Metsola deyib.

“Avropa mövcud vəziyyətdən çıxmaq üçün Ermənistana kömək etməkdə davam edəcək. Biz sülh müqaviləsi bağlamaq məqsədi ilə Ermənistan və Azərbaycan arasında bütün mövcud məsələlər üzrə danışıqları bərpa etməyə çağırırıq, bu danışıqları dəstəkləməyə tam sadiqik. Biz regionda bütün insanların rifahı naminə davamlı sülhü təmin etmək üçün AB-nin xüsusi nümayəndəsinin dəstəyi ilə Avropa Şurası Prezidentinin himayəsi altında bütün tərəflər arasında dialoqu dəstəkləməyə tam sadiqik”, – Metsola bildirib.

Teqlər: