Bakı və İrəvan bu formatdan çıxsa, fəsadları olacaq

Bakı və İrəvan bu formatdan çıxsa, fəsadları olacaq

Şarl Mişelin Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə danışıqlarından sonra yaydığı bəyanatlarından da görünür ki, bu görüşlərdə nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələləri müzakirə olunur.

AzerTimes xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində deyib.

“Eyni zamanda, bu məsələdə tərəflərin əldə etdiyi irəliləyiş qeyd olunur. Bildiyiniz kimi, bu irəliləyiş Rusiyanın iştirakı ilə üçtərəfli platformada əldə olunub, baxmayaraq ki, avropalılar bunu qeyd etməyəcək. Danışıqlar üzrə tərəfdaşlarımız razılaşırlar ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq yaradılmış platforma ən böyük tərəqqinin əldə olunduğu yerdir. Bunu həm azərbaycanlılar, həm də ermənilər deyir. Həqiqətən də belədir. Baş nazir müavinlərinin üçtərəfli işçi qrupu formatından uzaqlaşmasının hamı üçün aşkar mənfi təsirləri olacaq”, – Overçuk bildirib.

Teqlər: