Bakı və İrəvan bir-birinin ərazisini tanıyır – KTMT

Bakı və İrəvan bir-birinin ərazisini tanıyır – KTMT

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan və Ermənistan arasında tezliklə sülh müqaviləsi imzalanacağına ümid edir.

AzerTimes xəbər verir ki, bunu KTMT Baş katibi İmanqali Tasmaqambetov deyib.

Tasmaqambetov Cənubi Qafqazdakı vəziyyətlə bağlı müntəzəm danışıqlar aparıldığını və bu yaxınlarda Avropada növbəti raundunun baş tutduğunu bildirib:

“Həm Azərbaycan, həm də Ermənistan 1991-ci il Almatı Bəyannaməsinə əsasən iki ölkə arasındakı sərhədləri praktiki olaraq tanıyır.

Ümid edirik ki, bu danışıqlar sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq. Bundan sonra isə ölkələr sərhədin delimitasiyasına başlayacaqlar”.

Teqlər: