Bakı və İrəvan bəzi razılıq əldə edib, lakin… – Qriqoryan

Bakı və İrəvan bəzi razılıq əldə edib, lakin… – Qriqoryan

Ermənistan və Azərbaycan bəzi məsələlərdə irəliləyiş əldə edib, lakin fundamental məsələlərdə deyil.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Danışıqlarda məlum prinsip var – hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmır. Bu danışıqlara da belə yanaşmaq lazımdır. Bir daha qeyd etmək lazımdır ki, danışıqlar gedir”, – Qriqoryan bildirib.

O xatırladıb ki, Brüsseldə, ondan sonra Kişinyovda sammitin keçirilməsi planlaşdırılır:

“Paşinyan və Əliyev görüşünə Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da qatılacaq. Gəlin, yanaşmaların maksimum yaxınlaşması istiqamətini işləyək və irəli gedək. Gələcək sazişin dəqiq harada imzalanacağı – Moskvada, yoxsa Qərbdə, hələ ki, qərar verilməyib. Bu, irəliləyiş əldə oluna bilən yerdə ediləcək”.

Teqlər: