Azərbaycan və Ermənistan arasındakı məsələlərin hərtərəfli həllinə dəstək vermək üçün Türkiyənin təklifləri çox ola bilər.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Tvitter səhifəsində yazıb.
O, həmçinin TRT Beynəlxalq Forumunda iştirak üçün dəvətə görə təşəkkür edib:
“Dəvət üçün “TRT World Forum 22”yə təşəkkür edirəm. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə fikir mübadiləsi aparmaq fürsətini yüksək qiymətləndirirəm”.