Moskva avqustun sonuna kimi Azərbaycanla Ermənistan arasında üçtərəfli formatda təmaslar təşkil etməyi planlaşdırır.
AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə deyib.
“Rusiya Prezidentinin iştirakı ilə istənilən yüksək səviyyəli təmaslar Prezident Administrasiya tərəfindən şərh olunur. Üçtərəfli təmaslar nəzərdə tutulub. Bu barədə daha ətraflı məlumat veriləcək”, – o bildirib.