Bakı və İrəvan arasında qarşıdurma… – Kalın

Bakı və İrəvan arasında qarşıdurma… – Kalın

Ümid edirik ki, Azərbaycan-Ermənistan arasında qarşıdurma müharibəyə çevrilməz.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri İbrahim Kalın NTV-yə müsahibəsində deyib.

“Bundan sonrakı prosesin müzakirələrlə davam etdiriləcəyinə inanırıq. Sülh razılaşması hər bir şeyi əhatə edən mühüm anlaşmadır. Türkiyənin rolu bəllidir, bu prosesdə Azərbaycanın yanında olmağa davam edəcəyik. Prezidentimiz Paşinyanla Praqda görüşə bilər. Erməni diasporunun sülh prosesinə töhfə verəcəyinə inanırıq”, – deyə Kalın bildirib.

Teqlər: