Bakı və İrəvan arasında normallaşmaya nail olmaq üçün…

Bakı və İrəvan arasında normallaşmaya nail olmaq üçün…

Brüsseldə keçirilən sammitdən sonra Avropa Birliyi (Aİ) liderləri Ermənistan və Azərbaycan arasında vasitəçiliyi davam etdirmək niyyətində olduqlarını bəyan ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel məlumat verib.

“Biz Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik. Ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında Azərbaycan və Ermənistan arasında normallaşmaya nail olmaq üçün AB-nin vasitəçilik səylərini təşviq etməyə sadiqik”, – o bildirib.

Qeyd edək ki, oktyabrın 26-27-də Brüsseldə keçirilən sammitdə xarici siyasətlə bağlı məsələlər, o cümlədən Priştina-Belqrad münasibətləri və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

Teqlər: