Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının çox vaxt almayacağını düşünür.
AzerTimes Report-a istinadla xəbər verir ki, o, bu barədə “Azututyan” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, sülh razılaşmasının tez əldə edilməməsinin bir neçə səbəbi ola bilər:
“Amma məndə olan məlumata görə, proseslər müxtəlif istiqamətlərdə elə gedir ki, siyasi iradə olan yerdə məqbul nəticəyə gəlmək üçün elə də çox vaxt lazım olmayacaq. Biz bunun üçün Bakı və İrəvanla birgə işləmək istəyirik”, – o bildirib.
Diplomat AB-nin regiondakı normallaşma prosesini dəstəklədiyini diqqətə çatdırıb.