Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya proseslərinin başlamasını qeyd etmək çox xoşdur.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kazan şəhərində keçirilən XVI BRİKS Sammitinin “Outreach”/“BRİKS+” formatının ilk plenar iclasında çıxışında bildirib.
“Delimitasiya və demarkasiya proseslərinin başlanması sülh müqaviləsinə gedən düzgün yoldur”, – Putin vurğulayıb.
Rusiya lideri BRİKS+ sammitində Azərbaycan və Ermənistan liderləri arasında fikir mübadiləsinin aparılmasının tədbirə müsbət dəyər qatdığını söyləyib.