

Birləşmiş Ştatlar və bir sıra Qərb ölkələri Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzərində işləmək prosesinə girməyə çalışırlar.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması məsələlərini şərh edərkən deyib.
“Bildiyiniz kimi, ABŞ və bir sıra digər Qərb ölkələri sülh müqaviləsi üzərində işləmək prosesinə girməyə çalışırlar. Biz hesab edirik ki, bütün “qaralama işləri” Moskvada edilib”.
O qeyd edib ki, qərblilər öz hərəkətləri ilə danışıqlar prosesinə qoşulmaq və bununla da regional işlərə qarışmaq istəyirlər.