Bakı və İrəvan arasında aktivləşmə… – Zaxarova

Bakı və İrəvan arasında aktivləşmə… – Zaxarova

Rusiya Cənubi Qafqazda kommunikasiyaların açlmasına yaxından köməklik göstərməyə davam edəcək.

AzerTimes xəbər verir ki, bunu Rusiya XİN rəsmisi Mariya Zaxarova deyib.

“Biz baş nazirin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupunun Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə fəaliyyətinin aktivləşdirilməsini alqışlayırıq”, – Zaxarova bildirib.

O, iyunun 3-də növbəti görüşün keçirildiyini, tərəflərin bir sıra məsələlərlə bağlı mövqelərini yaxınlaşdırdığını xatırladıb. İyunun 16-17-də SPİEF çərçivəsində müzakirələr davam etdirilib.

İşin təfərrüatına gəlincə, Rusiya XİN rəsmisi sualın qrupun həmsədrlərinə ünvanlanmasını tövsiyə edib.

Teqlər: