Bakı və Gəncədə qanunsuz tikintilərin qarşısı alındı – Video

Bakı və Gəncədə qanunsuz tikintilərin qarşısı alındı – Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakı və Gəncədə qanunsuz tikintilərin qarşısını alıb.

Bu barədə AzerTimes-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi və Gəncə şəhəri ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısını alıb.

Teqlər: