Bakı və Düşənbə arasında birbaşa reysin açılması üçün iş aparılır – Səfir

Bakı və Düşənbə arasında birbaşa aviareysin açılması
istiqamətində iş aparılır.

AzerTimes-ın məlumatına görə, bunu Tacikistanın Azərbaycandakı
səfiri Rustam Soliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi
(BMTM) və Tacikistanın Azərbaycandakı səfirliyinin birgə
təşkilatçılığı ilə keçirilən Azərbaycan və Tacikistan arasında
diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi
masada deyib.

Səfir bildirib ki, Azərbaycanla Tacikistan arasında ticarət
dövriyyəsinin artırılması istiqamətində yeni imkanlar öyrənilir.
“İki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün geniş
potensial mövcuddur. Düşünürəm ki, birbaşa reysin açılması da
ticarət dövriyyəsinin artmasına imkan verəcək”, – deyə o əlavə
edib.

Teqlər: