2020-ci ilin səkkiz ayı ərzində Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 369 milyon dollara çatıb.
AzerTimes xəbər verir ki, bunu Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov deyib.
O qeyd edib ki, Qazaxıstan prezidentinin Azərbaycana rəsmi səfəri zamanı qarşılıqlı dövriyyənin 1 milyard dollara çatdırılması hədəfləri elan olunub.